EN

"Baku Sportinq" əzmkar komandadır" - Abbasov "Qarabağ"la qarşılaşmaq istəmir

Azərbaycan Kubokunun 1/8 finalında 1-ci Liqa təmsilçisi "Baku Sportinq"i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksələn "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, belə danışıb:

"Hər kəsi salamlayıram. Oyunun çətin keçəcəyini bilirdik. Birinci Liqa komandaları ilə kubok qarşılaşmaları həmişə mübarizəli olur. Birinci hissədə passiv idik. Heyətdə gəncləri, az oynayan futbolçular da yer almışdılar. Onlar üçün belə templi oyuna girmək həqiqətən çətindir. İkinci hissədə bir qədər dəyişiklik etdik. Rəqib yaxşı müdafiə olunurdu. "Mingəçevir"lə son çempionat oyunlarına baxmışıq. Həmin matçda qələbə qazanmışdılar. "Baku Sportinq" əzmkar komandadır. Əsas məqsəd kubokda irəliləməkdir. Komandamızı təbrik edirəm. Hazırda ağır qrafikdəyik. "Sumqayıt"la çətin oyunumuz olmuşdudu. İndi də "Karvan-Yevlax"la səfər oyununa gedəcəyik. Heyətimiz geniş deyil. 1/4 final oyunları gələn il kefiriləcək. Hazırlaşmaq üçün vaxtımız olacaq.

Növbəti mərhələdəki rəqibimiz? Rəqibin "Qarabağ" yox, "Karvan-Yevlax" olmasını istəyərdim".

Nihat

Chosen
7
fanat.az

1Sources