EN

İranla bağlı narahatlıq artır: Araqçi olmayacaq dedi, Pentaqon ad çəkdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin iyun ayında İranın nüvə proqramına qarşı həyata keçirilən genişmiqyaslı hava əməliyyatının detallarını açıqlaması Yaxın Şərqdə gərginliyi daha da artırıb. Pentaqon rəsmisi İrana endirilən zərbələr nəticəsində Fordo, Natanz və İsfahandakı yeraltı nüvə infrastrukturunun tamamilə sıradan çıxarıldığını söyləyib.

Sözügedən bəyanatlar son zamanlarda ABŞ və İsrailin İrana qarşı daha genişmiqyaslı hücuma keçəcəyinə dair yayılan məlumatlar fonunda ciddi narahatlıq doğurub. Vaşinqtonun bu addımı bir növ təhdid və İrana xəbərdarlıq kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, İranın uranı zənginləşdirməsi və nüvə çalışmalarını dayandırmasına dair etibarlı informasiya yoxdur:

“ABŞ-ın yenidən İrana zərbələr endirməsi istisna deyil. 12 günlük müharibə bir presedent yaratdı. Bu, Vaşinqtona və Təl-Əvivə yenidən hava hücumu etmə imkanı verir. İranın xarici işlər naziri Abbas Araqçi bir açıqlamasında ölkənin sözügedən hücumlar nəticəsində ağır zərbə aldığını bildirdi. XİN başçısı hətta Tehranın bu səbəbdən uranın zənginləşdirməsini davam etdirə bilməcəyini açıqlamışdı. Lakin görünür, Araqçinin bu sözlərinə heç kim inanmır. Ümumiyyətlə belə məsələlər XİN başçısı səviyyəsində həll edilmir.

İran uranın zənginləşdirilməsi siyasətindən imtina etmək istəmir. Belə davam edərsə, yeni zərbələrin endirilməsi qaçınılmaz olacaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
76
globalinfo.az

1Sources