DÇ-2026-da VAR-ın belə desək, səlahiyyətləri artırıla bilər.
"Football-plus.az" xəbər verir ki, VAR üçün artıq ikinci sarı vərəqə və künc zərbəsi kimi epizodlara da müdaxilə etmək hüququ yaradıla bilər. Bu məlumatı ''Tayms'' nəşri paylaşıb.
İddialara inansaq, FİFA və İFAB dəyişiklikləri martdan etibarən sınaqdan keçirmək niyyətindədi. Bu yeniliyin qarşısında duran əsas maneə oyunda fasilələrin artması ehtimalıdı. FİFA-nın fikrincə, VAR-ın müdaxilə ''çərçivəsi''nin genişləndirilməsi oyunda yaranacaq fasilələri artıra bilər. Amma digər tərəfdən FİFA hətta yanlış künc zərbəsinin də bəzən matçın gedişatına təsir etdiyini gözəl anlayır. Ona görə də qurum bu epizodlarda da səhvin minimuma endirilməsini istəyir.
Xatırladaq ki, indi VAR yalnız birbaşa qırmızı vərəqə, penalti və qol zamanı müdaxilə etmək hüququna malikdi.