Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri barədə danışmağı dayandırmağın vacibliyi bildirib.
Aznews.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu fikri parlamentdə hökumət saatı zamanı “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Narek Babayanın sualına cavab verərkən deyib.
“Əslində mən hesab edirəm ki, keçmiş hakimiyyətlər barədə danışmağı dayandırmaq lazımdır, çünki danışmağa heç nə qalmayıb. Biz hələ nələri deməmişik? Bizim yayımladığımız Qarabağ məsələsinə dair paket göstərir ki, ümumiyyətlə danışmağa heç nə yoxdur”, – o qeyd edib.
Paşinyanın sözlərin görə, lakin hakimiyyət mütəmadi təxribatlara məruz qalır.