EN

Türkiyə və Finlandiya prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiyalı həmkarıAleksander Stubb arasında telefon danışığı olub.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Ərdoğan, Türkiyənin Qəzzadakıatəşkəsin tətbiqini yaxından izlədiyini və Finlandiyanın Fələstindövlətini tanımasının məmnuniyyətverici olacağını bildirib.

Görüşdə Türkiyə ilə Finlandiya arasındakı ikitərəfli əlaqələr,həmçinin regional və qlobal məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin, Türkiyənin Ukrayna ilə Rusiyaarasındakı sülh prosesinin uğurla tamamlanması üçün çalışdığını vəİstanbul müzakirələrinin funksional bir diplomatik platforma olaraqtəsdiqləndiyini qeyd edib.

Chosen
22
az.trend.az

1Sources