EN

"Neftçi"ni peşman edən və üz çevirdiyi adlar - SİYAHI BURADA!

Mövsümün əvvəli "Neftçi" yenidən formalaşanda Premyer Liqanın digər təmsilçilərində çıxış edən bir neçə oyunçunun adı da "ağ qaralar" ilə hallanırdı.

"Kəpəz"in formasını geyinmiş qapıçı Rojerio Santos, "Şamaxı"nın kiperi Rikardo Fernandes və yarımmüdafiəçisi Brahim Konate, Leroy Mikels daha real görünən variantlar idi. İqor Ribeyro transferi isə artıq reallaşmışdı.

Digər adlarla bağlı dəqiqləşdirmə aparmağa başlayanda klub daxilindən bildirilmişdi ki, adıçəkilənlər təklif edilib, amma heç birinin keçidi gündəmdə deyil.

Ki, daxili qərarla yeni transferlər yalnız ölkə xaricindən ediləcək.

Yəqin ki, Ölkə Kubokunun 1/8 final mərhələsində "Zirə"yə məğlubiyyətdən sonra klub başbilənləri nə qədər yalnış seçim etdiklərini təkrar olaraq əyani gördülər.

Hazırda "Zirə"də çıxış edən eks "Şamaxı"lı Leroy Mikels ötürdü, digəri sabiq "Şamaxı"lı Brahim Konate topu saxladı, "Kəpəz"dən tanıdığımız Junior Martins isə tora qovuşdurdu.

Bu, bir daha göstərir ki, futbolda adlar, pullar çox şeydir, amma hər şey deyil.

Əsas olan doğru seçimlərin edilməsi/idarə edilməsidir.

Bugünkü "Neftçi" məhz həm seçimlərdə çox uduz(ub)ur.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
29
sportinfo.az

1Sources