EN

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

Azərbaycanın Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb. Əvvəlki baş konsul Əliyənnağı Hüseynov isə geri çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim etmişdi.
Chosen
35
1
buta.tv

2Sources