Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan Azərbaycana ixrac olunan və halal olaraq təqdim edilən mal əti konservləri ilə bağlı açıqlama verib.
Qurumdan Gender.az- a bildirilib ki, Rusiyanın "Oryolprodukt" ASC-nin mediada adı hallanan, istehsal tarixi göstərilən məhsul partiyası Azərbaycana daxil olmayıb.
