EN

"Qarabağ"a qarşı oynamaq hər zaman çətindir" -Füzuli Məmmədov

Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

"Qarabağ" "Karvan-Yevlax"ı 3 cavabsız qolla üstələyib.

Matçdan sonra keçirilən mətbuat konfransında "Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov fikirlərini jurnalistlərlə bölüşüb:

"Gərgin oyun oldu. "Qarabağ"la matçlar hər zaman çətin keçir. Futbolçularım bu gün çox əzmkarlıq, fədakarlıq göstərdilər. Hər bir futbolçuma təşəkkür edirəm. Düzdür, uduzduq. "Qarabağ"a qalib gəlmək çətindir. Kubokda mübarizəni dayandırdıq, bundan sonra bütün diqqətimizi çempionata yönəldirik. Bütün matçlara maksimum nəticə üçün çıxacağıq"

 

Chosen
15
fanat.az

1Sources