EN

Deku Messinin “Barselona”ya qayıdışı barədə danışdı

“Barselona”nın idman direktoru Deku Lionel Messinin katalon klubuna qayıda biləcəyi ilə bağlı məsələyə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano onun dediklərini belə çatdırıb.

"Messinin qısamüddətli icarəsi? Leo müqaviləlidir. Düşünmürəm ki, bu barədə danışılıb. Messi həmişə Messi olaraq qalır, həmişə nəsə təklif edə bilər, amma hazırda bu mövzunu müzakirə etməyəcəyik".

Daha əvvəl yayılan xəbərlərdə argentinalının MLS fasiləsi zamanı qısamüddətli icarə ilə komandaya qoşa biləcəyi qeyd olunmuşdu.

Messi 2021-ci ilin avqustunda “Barselona”dan ayrılaraq “PSJ”yə keçib və 2023-cü ilin yayından MLS-in “İnter Mayami” klubunda çıxış edir.

Chosen
27
90deqiqe.az

1Sources