EN

Ağstafada xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib  

Ağstafada Beynəlxalq Əlillər Günü ilə əlaqədar inklüziv və fərdi təhsilə cəlb edilən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Fərqliyik, bərabərik” adlı bədii-əyləncəli tədbir keçirilib.

İştirakçılar öncə Mədəniyyət Mərkəzinin qarşısında fərdi təhsilə cəlb olunan istedadlı uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxmışlar. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov açaraq ölkəmizdə uşaqlara göstərilən qayğıdan danışmışdır. Diqqətə çatdırmışdır ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Vətənimizin azad, müstəqil, işıqlı gələcəyi naminə uşaqların və gənc nəslin sağlam düşüncəli, vətənpərvər ruhda böyüməsi üçün çoxsaylı işlər görmüşdür: “Məhz bunun nəticəsidir ki, bu gün biz böyük qürur hissi ilə qalib, suveren Azərbaycan Respublikasında yaşayırıq. Hazırda Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasətini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirirlər. Bu məqsədyönlü siyasətin sayəsində uşaqlarımız vətənpərvər ruhda böyüyürlər. Onların sosial müdafiəsi və onların cəmiyyətə fəal inteqrasiyası yüksək səviyyədə təmin olunur”.

Rəsmi hissədən sonra 5 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanları xüsusi proqramla çıxış etmişlər. Onlar sevimli nağıl qəhrəmanlarının personajlarının əyləncəli nömrələri ilə tamaşaılarda xoş ovqat yaratmışlar. 

 

Sabir ƏLİYEV,

 “Azərbaycan”

1Sources