EN

Şri-Lankada "Ditvah" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb

Şri-Lankada "Ditvah" qasırğası nəticəsində həlak olanların sayı 479 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.

Məlumata əsasən, torpaq sürüşmələri, daşqınlar və qasırğanın digər fəsadları nəticəsində ölənlərin sayı 479 nəfərə yüksəlib, daha 350 nəfər isə itkin düşmüş hesab olunur. Ümumilikdə təbii fəlakətdən 1,6 milyon nəfərdən çox insan zərər çəkib.

Bundan əvvəl 465 nəfərin həlak olduğu bildirilirdi.

Chosen
15
4
aznews.az

5Sources