EN

Şamaxıda qəzalı vəziyyətdə olan bina sakinlər üçün təhlükə yaradır – VİDEO

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Mirxanım Qədirova gecələr evində rahat yata bilmir. Səbəb isə yaşadığı evin cəmi bir metrliyində yerləşən istifadəsiz binanın yararsız vəziyyətə düşməsidir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, baxımsız qalan bina ildən-ilə dağılır və bu, ətrafda yaşayan sakinlər üçün ciddi təhlükə yaradır.

Qadın da dörd ailə üzvü ilə birlikdə bu təhlükənin 2 addımlığında yaşayır.

Mirxanım Qədirova deyir ki, gecə binadan səslər gəlir. Kimlərin buraya nə məqsədlə yığışdığı bəlli deyil. Bu da onları qorxudur. Qonşular da təhlükədən narahatdırlar.

Şamaxı Rayon İcra Hakimiyyətindən, eləcə də bələdiyyədən “Xəzər Xəbər”ə bildirildi ki, həmin tikili şəxsi mülkiyyətdədir. Bu səbəbdən də sakinlərə mülkiyyət sahibinə müraciət etmələri tövsiyə olunur. Məsələyə aydınlıq gətirmək üçün mülkiyyətin sahibi olduğu deyilən Sabir Məmmədovla əlaqə saxlamağa çalışdıq. Təqdim edilən nömrəyə dəfələrlə zəng etsək də, cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
8
1
nocomment.az

2Sources