EN

Zelenski ilə bağlı gözlənilməz ssenari: Təhlükə altındadır

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Zelenskinin siyasi mövqeyi həm korrupsiya iddiaları, həm də cəbhədəki ağır vəziyyət səbəbindən zəifləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, Ukraynada Prezidentin komandasında itkilər olduğu, xüsusilə də administrasiya rəhbəri Andrey Yermakın getməsi vəziyyəti çətinləşdirib.

“The Telegraph” nəşri bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi karyerası həm korrupsiya ittihamları, həm də cəbhə xəttindəki ağır durum səbəbindən təzyiq altına düşüb.

Jurnalist Rocer Olifant yazır ki, son günlər Zelenski üçün xüsusilə çətin keçib:

“Prezident administrasiyasının rəhbəri Andrey Yermak vəzifədən ayrılıb, Rusiya isə strateji əhəmiyyətli Pokrovsk (Krasnoarmeyskoye) üzərində nəzarəti ələ keçirdiyini açıqlayıb. Artıq Zelenskinin siyasi karyerası təhlükə alıtndadır. Bunu əminliklə demək olar”.

Nəşr həmçinin qeyd edir ki, Vaşinqton Zelenskidən sülh danışıqları üçün ölkənin müəyyən ərazilərdən imtina etməyə daha açıq şəkildə hazır olmasını tələb edir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
globalinfo.az

1Sources