EN

Sneyder “Qızıl top”un növbəti qalibinin adını açıqladı

“İnter”in və “Real”ın sabiq yarımmüdafiəçisi Uesli Sneyder Madrid klubunun hücumçusu Kilian Mbappenin “Qızıl top” uğrunda mübarizədə perspektivləri barədə danışıb.

Publika.az xəbər verir ki, o, Fransa millisinin üzvünün qalib olacağını bildirib:

“Əminəm ki, Mbappe gələn il bu mükafatın sahibi olacaq. Mən buna 100 faiz zəmanət verirəm. Kilian mərkəz hücumçusu kimi əla oynamağa başlayıb. “Real”a artıq Haaland lazım deyil. Mbappenin bu mövqedə oynamaq üçün bütün lazımi keyfiyyətləri var”.

Chosen
22
9
publika.az

10Sources