EN

Yüzlərlə robotun videosu şübhə doğurub

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çinin "UBTech Robotics" şirkətinin istehsal etdiyi yüzlərlə humanoid robotun sinxron hərəkətini göstərən və baxanlarda təəccüb doğuran məşhur videoçarx onun həqiqiliyinə dair suallar yaradıb. ABŞ-ın "Figure" şirkətinin rəhbəri Brett Edkok kadrlarda bəzi refleksiyaların uyğunsuz olduğunu, videodakı robotların əksəriyyətinin isə rəqəmsal ola biləcəyini deyib.

Reyting.az-ın məlumatına görə, "UBTech Robotics" şirkəti bu iddialara cavab verib. Şirkət videonun orijinal olduğunu xüsusi vurğulamaqla, dronla çəkilmiş əlavə görüntülər də yayıb. Yeni görüntülərə də şübhə ilə yanaşan Edkok tərəddüddə olduğunu gizlətməyib.

Xatırladaq ki, bu Çin şirkəti 2026-cı ildən il ərzində 5000, 2027-ci ildən isə bir il üçün 10 000 humanoid robotu istehsal etməyi planlaşdırır.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
reyting.az

1Sources