EN

Roma Ukraynaya silah tədarükü məsələsinə yenidən baxır

BAKI, 4 dekabr. TELEQRAF

İtaliyanın xarici işlər naziri Antonio Tayani ölkəsinin NATO çərçivəsində ABŞ-dən Ukrayna üçün silah alınması proqramında iştirak qərarının vaxtından əvvəl verildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Tayani bu açıqlamanı Brüsseldə jurnalistlərlə söhbəti zamanı verib. O qeyd edib ki, əgər razılaşma əldə olunarsa və döyüş əməliyyatları dayandırılarsa, artıq silaha ehtiyac qalmayacaq.

“Belə olan halda başqa məsələlər, məsələn, təhlükəsizlik zəmanətləri lazım olacaq”, – deyə italiyalı nazir vurğulayıb.

Agentlik bildirir ki, bu bəyanat İtaliya hökumətinin Ukrayna ilə bağlı strategiyasının dəyişdiyinə işarə edə bilər. Hərçənd Roma Kiyevə dəstəyin davam etdirilməsində israrlıdır, lakin hökumət Avropada ilk dəfə açıq şəkildə Ukraynaya silah tədarükünün “məqsədəuyğun olmadığını” dilə gətirib.

Qeyd olunur ki, bundan əvvəl İtaliya mətbuatı yaxın vaxtlarda keçiriləcək Nazirlər Kabinetinin iclasının gündəliyindən Ukraynaya hərbi yardımın uzadılması məsələsinin çıxarıldığını da yazmışdı.

Chosen
62
teleqraf.com

1Sources