Futbol üzrə Braziliya çempionatında çempion müəyyənləşib.
QOL.az xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçu Juninyonun çıxış etdiyi “Flamenqo” A Seriyasının qalib olub.
Komanda 37-ci turda “Seara”nı 1:0 hesabı ilə məğlub edərək soa bir tur qalmış qızıl medalları təmin edib. “Flamenqo” ikinci sıradakı “Palmeyras”ı 5 xal qabaqlayır.
Juninyonun komandası tarixində 9-cu dəfə Braziliya çempionu olub.
Xatırladaq ki, "Flamenqo" noyabrın 30-da Libertadores kubokunun da qalibi olub.