EN

Tramp: ABŞ Ukraynaya bir qəpik də xərcləmir...

Ağ Ev rəhbəri Vaşinqtonun artıq Kiyevə pulsuz yardım göndərmədiyini, əvvəlki administrasiyanın isə “hər şeyi payladığını” iddia edib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı ABŞ-ın Ukraynaya maliyyə dəstəyi göstərmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton indi NATO ölkələrinə hərbi avadanlıq satır və əvvəlki kimi pulsuz şəkildə resurs ayırmır.

“Biz bir qəpik belə xərcləmirik… Artıq bizi əvvəlki prezident Co Bayden dövründə olduğu kimi soyub-talayan yoxdur. Bayden bizdə olan hər şeyi hamıya verirdi. Raketləri, avadanlığı, nə istəyirdilərsə, pulsuz şəkildə göndərirdi”, deyə Tramp bəyan edib.

ABŞ prezidenti iddia edib ki, onun sələfi “nə etdiyini anlamırdı” və ölkənin resurslarını nəzarətsiz şəkildə xaricə ötürürdü. Tramp daha əvvəl dəfələrlə Bayden administrasiyasını Ukraynaya həddən artıq maliyyə dəstəyi verməkdə günahlandırmışdı.

Tramp bir müddət əvvəl bildirmişdi ki, Bayden “350 milyard dollardan çox pulu konfet kimi paylayıb” və Kiyevin aldıqları vəsaitin böyük hissəsi nağd şəkildə təqdim edilib. Prezident qeyd etmişdi ki, həmin vəsaitin bir qismi ilə avadanlıq alınıb və Ukraynaya göndərilib.

Tramp administrasiyasının mövqeyi Vaşinqton–Kiyev münasibətlərində ciddi dəyişiklik yaradır. ABŞ-ın yeni xətti Ukraynaya pulsuz hərbi yardım əvəzinə avadanlıqların satış mexanizminin genişləndirilməsinə əsaslanır. Analitiklərə görə, bu yanaşma həm müharibə maliyyələşməsinə, həm də NATO daxilində öhdəliklərin bölüşdürülməsinə uzunmüddətli təsir göstərə bilər.

Poliqon.info

Chosen
81
poliqon.info

1Sources