EN

Ağdaşda qısqanclıq zəminində bıçaqlanma olub

AĞDAŞ, 4 dekabr. TELEQRAF

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Ağdaş şəhəri ərazisində 30 yaşlı Arzu Səfərli 24 yaşlı Nicat Qafarova bıçaqla xəsarət yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Chosen
95
teleqraf.com

1Sources