EN

Korluq mənim içimdədir... Günün şeiri

Kulis.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün tanınmış avstriyalı şair Rayner Mariya Rilkenin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Korun nəğməsi" şeirini təqdim edir.

Korluq - mənim içimdədir,

qalan hər şey - çölümdə.

İçimi yırta-yırta

hər an şiddəti artan

bir lənətdi bu korluq.

Lap yuxudakı kimi

dartınıram, uzanıram irəli

ayağımın ucunda;

uzadıram öz görünməz əlimi

görünməz arvadıma -

vurnuxuram haçandı

səs-küy dolu bir lağımın içində.

Gah irəli uzadıram əlimi,

gah da çəkirəm geri -

və hər yandan eşidirəm

sizin bu hay-küylü hərəkətləri.

Amma səhviniz var:

o tək mənəm ki

ruhla, mərhəmətlə doludur içim.

Səslənir içimdə sonsuz inilti -

özüm də bilmirəm nədən, nə üçün;

heç baş açmıram da o hardan gəlir -

ürəyimdən, yoxsa qarnımdan gəlir.

Eşidirsinizmi?

Başqa qammada

səslənir bax, sizin o kantatalar.

Gecə keçib gedir - gün işığına

qərq olur bax sizin o palatalar.

Bağlanıb,

sarmaşıb biri-birinə

solğun üzləriniz, sifətləriniz -

sizin suçunuz yox, siz neyləyəsiz?

Tərcümə edən: Mahir N.Qarayev

Məşhur musiqiçi vəfat etdi

Dövlət Kamera Orkestrinə yeni dirijor təyin olundu

“Mona Liza İncili” Romada nümayiş etdirilir

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
91
1
kulis.az

2Sources