EN

Türkiyəli futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləni yenilədi

BAKI, 4 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu futbolçusu Merih Demiral ilə müqaviləni yeniləyib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli müdafiəçi ilə 4 illik sözləşmə imzalanıb.

Demiral "Karamürselspor" və "Fənərbağça" akademiyasının yetirməsidir. O, əvvəllər İtaliyada "Sassuolo", "Yuventus" və "Atalanta"klublarının şərəfini qoruyub.

Qeyd edək ki, Merih Demiral 2023-cü ilin avqustundan "Əl Əhli"də çıxış edir. O, klubda 81 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib.

Chosen
35
teleqraf.com

1Sources