EN

Tramp: ABŞ Ukraynaya bir qəpik də xərcləməyəcək

"ABŞ Ukraynaya yardım üçün artıq pul xərcləməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

O iddia edib ki, Vaşinqton Ukraynaya verilən hər şeyi NATO-ya satır.

"Biz bir qəpik də xərcləmirik. Məsələn, ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə olduğu kimi büdcəni qarət etmirik. Bayden hər kəsə əlimizdə olan hər şeyi verdi, onlara raketlər verdi, istədikləri hər şeyi pulsuz, heç bir təzminatsız verdi", - dövlət başçısı bildirib.

Əli Hüseynov

Chosen
11
3
bakivaxti.az

4Sources