EN

“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb.

Görüş 5 Dekabr - Beynəlxalq Könüllülər Günü ərəfəsində təşkil olunub.

Ülvi Mehdiyev iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib. 

Tədbir çərçivəsində ASAN könüllülərinin 2025-ci il ərzindəki fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.

Ardınca il ərzində xüsusi fəallıq göstərən bir sıra könüllülər "İlin ASAN Könüllüsü" nominasiyası üzrə, habelə könüllülər üzrə məsul şəxslər könüllülük fəaliyyətinin təbliğində aktiv iştiraklarına, fəal təşkilatçılıq fəaliyyətlərinə və təşəbbüskarlıqlarına görə mükafatlandırılıblar. 

"ASAN xidmət"in fəaliyyətə başladığı dövrdən etibarən 44.000-ə yaxın gənc bu prosesə könüllü kimi qoşulub. Bu müddət ərzində könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
6
olaylar.az

7Sources