EN

İlk dəfə asteroiddə şəkər kəşf edildi


Yaponiyanın Tohoku Universitetindən Yoşihiro Furukavanın rəhbərlik etdiyi qrup “Bennu” asteroidinin nümunələrində ilk dəfə olaraq riboza şəkəri və yerdən kənar mənşəli qlükoza aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tədqiqat “Nature Geoscience” jurnalında dərc olunub.
Araşdırmalara görə, NASA-nın “OSIRIS-Rex” missiyası tərəfindən Yerə gətirilən nümunələrdə həyat üçün vacib olan şəkər, qlükoza, həmçinin fövqəlnova partlayışlarından qalan yüksək miqdarda toz aşkar edib.
Belə ki, riboza RNT-nin əsas komponentidir və onun mövcudluğu əvvəllər kəşf edilmiş nukleobazalar və amin turşuları ilə birlikdə həyat üçün təməl daşlarınn gənc Günəş sistemində geniş yayıldığını göstərir.
Maraqlıdır ki, nümunələrdə DNT üçün vacib olan dezoksiriboza şəkəri tapılmayıb.
Tədqiqatçılar bunun dolayı yolla ilk həyat formalarının DNT deyil, RNT-yə əsaslandığını irəli sürən ”RNT dünyası” hipotezini dəstəklədiyinə inanırlar.
İkinci tədqiqat zamanı əvvəllər heç bir meteoritdə müşahidə edilməyən sirli polimerə bənzər material aşkar edilib. Bu material oksigen və azotla zəngin zəncirlərdən ibarətdir. Alimlər bu maddəni “kosmik saqqız”la müqayisə edirlər: o, bir vaxtlar yumşaq və çevik olub, sonra bərkiyib, lakin bir qədər deformasiyaya uğramaq qabiliyyətini saxlayıb.
Təhlillər nəticəsində məlum olub ki, onun kimyəvi tərkibi daha xaotik quruluşa malik olsa da, poliuretan materiallarına bənzəyir.
Chosen
1
1
yeniavaz.com

2Sources