Yevlax rayonundan Şəmkirə gedərkən Keçili kəndi ərazisində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alanların durumu barədə açıqlama verilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Onlara bÉ™dÉ™nin müxtÉ™lif nahiyÉ™lÉ™rinin çoxsaylı travması diaqnozu tÉ™yin olunub.
Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir".
Şəmkir rayon xəstəxanasından o da bildirilib ki, müalicəsi davam etdirilən 10 nəfərin hazırda vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu