EN

Koreya Mərkəzi Bankı ilə texnoloji həllərin və yanaşmaların tətbiqinə dair təcrübələr nəzərdən keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüş keçirib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələləri müzakirə edilib. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqinə dair təcrübələr nəzərdən keçirilib.

Görüşdə, həmçinin Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına dair fikir mübadiləsi aparılıb.

Chosen
81
4
azertag.az

10Sources