EN

Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Doha Forumu çərçivəsində Dohada görüşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.

Chosen
9
5
konkret.az

10Sources