EN

Rusiya Prezidenti: Vaşinqton Trampın planını dörd paketə bölüb

ABŞ nümayəndələrinin Kreml görüşünə gətirdiyi təkliflər bu və ya digər şəkildə Alyaskada əldə edilən razılaşmalara əsaslanır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "İndia Today"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Amerikanın təkliflərində Rusiyanın razılaşmadığı məqamlar olub və bunlar görüşdə müzakirə olunub.

Putin əlavə edib ki, Vaşinqton Trampın planını dörd paketə bölüb və onları ayrıca müzakirə etməyi təklif edib.

O, Rusiyanın ABŞ-ın Ukrayna ilə bağlı sülh təkliflərinin bəzi bəndləri ilə razılaşmadığını və bunun çətin bir iş olduğunu söyləyib.

Chosen
33
50
apa.az

10Sources