EN

“Oranı geri alacağıq” Putin hədələdi KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif etsə də, Kiyev döyüşməyə üstünlük verdi.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya istənilən halda, hərbi və ya başqa yolla Donbas və Novorossiyanı azad edəcək (Ukraynanın suveren ərazilərinin işğalını nəzərdə tutur – red.).

“Hər şey bundan irəli gəlir. Ya biz bu əraziləri silah gücü ilə azad edəcəyik, ya da Ukrayna qoşunları bu əraziləri tərk edib, döyüşləri dayandıracaq”, – Putin vurğulayıb.

Rusiya lideri həmçinin müharibədən əvvəl Ukraynaya qüvvələrini Donbasdan çıxarmaq təklifini verdiklərini qeyd edib:

“Dərhal Ukraynaya, Ukrayna ordusuna dedik ki, insanlar sizinlə yaşamaq istəmirlər, onlar referendum keçirib müstəqilliyə səs veriblər, qoşunlarınızı çıxarın və heç bir hərbi əməliyyat olmayacaq. Yox, onlar döyüşməyi üstün tutdular. Bax, indi döyüşə-döyüşə bu vəziyyətə gəlib çıxıblar”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
konkret.az

2Sources