EN

Çörək və makaronda XƏRÇƏNG RİSKİ daşıyan maddələr aşkarlandı – ARAŞDIRMA

Araşdırma nəticəsində taxıl məhsullarında təhlükəli kimyəvi maddələr tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Pesticide Action Network Europe” məlumat yayıb.

Təşkilatın apardığı araşdırmaya görə, Avropa ölkələrində satılan taxıl məhsullarında yüksək səviyyədə toksik kimyəvi maddələr aşkar edilib. Ən çox çirklənmiş qidalar arasında səhər yeməyi üçün nəzərdə tutulan dənli bitkilər yer alır.

Tədqiqatçılar qeyd edir ki, bu məhsullarda PFAS tərkibli pestisidlərin torpaqda parçalanması nəticəsində yaranan trifloroasetik turşu tapılıb. Nümunələrdəki orta konsentrasiya kran suyunda rast gəlinən göstəricilərdən 100 dəfə yüksəkdir.

Trifloroasetik turşuya makaron, kruasan, çörək, un və şirniyyatlarda da rast gəlinib.

Bu maddələr “əbədi kimyəvi maddələr” kimi tanınır, çünki təbiətdə parçalanması yüzlərlə il çəkir. Onlar insan sağlamlığına, xüsusilə reproduktiv funksiyaya, qaraciyər və qalxanabənzər vəziyə ciddi zərər vura bilər.

16 Avropa ölkəsindən götürülmüş 65 nümunənin 81,5%-də bu təhlükəli maddə aşkar edilib.

Ekspertlər uşaqları və gələcək nəsilləri qorumaq üçün hökumətləri bu pestisidləri dərhal qadağan etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
98
1
interpress.az

2Sources