EN

Ölkəmizi axmaqlar idarə edirdi, ona görə bu qədər borcumuz var: Trampdan ittiham

ABŞ Prezidenti Donald Tramp ölkənin 38 trilyon dolları keçən milli borcuna görə Bayden administrasiyasını günahlandırıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə Oval Ofisdə jurnalistlərə bildirib.

"Ölkəmizi axmaq insanlar idarə edirdi, buna görə də 38 trilyon dollar borcumuz var", - ABŞ lideri söyləyib.

ABŞ mediasına görə, tək son iki ay müddətində ABŞ-ın milli borcu 1 trilyon dollar artıb. Çərşənbə axşamı etibarilə borc 38,4 trilyon dollar olub.

Chosen
52
publika.az

1Sources