EN

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin San-Fransisko Şəhər Prokurorluğu "Coca-Cola" və "Nestle" də daxil olmaqla 10 böyük qida şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. 

İddiada bu şirkətlərin “işlənmiş” qida məhsulları ilə ictimai sağlamlığı təhlükəyə atdığı və istehlakçını aldadan reklamlar yaydığı bildirilir. Prokurorluq şirkətlərdən cəmiyyətə vurduqları ziyana görə məsuliyyət daşımağı tələb edir.

Baş prokuror Devid Çiu tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə bir çox qlobal qida istehsalçısının ultra-işlənmiş məhsulların istehsalı və reklamı yolu ilə Kaliforniya ştatının ictimai zərərin qarşısının alınması və ədalətli rəqabətə dair qanunlarını pozduğu qeyd olunub.

Sənəddə adı çəkilən 10 şirkət arasında "Coca-Cola", "Nestle", "PepsiCo", "Kraft Heinz" və "Kellogg" kimi qida sektorunun ən böyük adları yer alır. 

Prokuror Çiu açıqlamasında deyib:“Onlar qidaları insan bədəni üçün tanınmaz və zərərli hala gətirdilər. İctimai sağlamlıq böhranını qəsdən yaradan bu şirkətlər böyük mənfəətlər əldə etdilər və indi vurduqları ziyanın məsuliyyətini daşımalıdırlar”.

Sənədlərdə ultra-işlənmiş qida məhsullarının insan sağlamlığına mənfi təsirləri ilə bağlı elmi araşdırmalara da yer verilib. Prokurorluq bu tip məhsulların reklamlarında aldadıcı məlumatların qarşısının alınmasını və xüsusilə uşaqlara yönəlmiş reklamların məhdudlaşdırılmasını tələb edir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

1Sources