EN

Azərbaycanda könüllülük proqramı 32 dövlət qurumunu əhatə edir - Yusif Vəliyev

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu gün Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumu keçirilir və Azərbaycan Gənclər Fondu digər dövlət qurumları ilə birlikdə Könüllülük Həftəsinin rəsmi dəstəkçisi və tərəfdaşıdır.

TurkicWorld xəbər verir ki, bunu bu gün Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Azərbaycan Könüllülük Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Y. Vəliyev bildirib ki, artıq 8-ci dəfə keçirilən bu forum və Könüllülük Həftəsi, il ərzində həyata keçirilən könüllülük fəaliyyətlərinin yekunu və hesabatıdır:

"Ümumilikdə, il ərzində Gənclər Fondu olaraq Azərbaycanda könüllülük hərəkatının inkişafı və dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr əsasında daimi fəaliyyət göstəririk.

Fond tərəfindən həm müsabiqəli, həm də müsabiqədənkənar qrantlar ayrılır, eyni zamanda könüllülük təşəbbüslərinin dəstəklənməsi sahəsində dayanıqlı dəstək verilir".

O vurğulayıb ki, bu gün forumda 3 mindən artıq Azərbaycan gənci – Azərbaycan könüllüsü iştirak edəcək.

"2019-cu ildə ASAN xidmətlə başlayan və ASAN könüllüləri ilə formalaşan dövlət qurumlarında könüllülük proqramı bu gün artıq 32 dövlət qurumunu əhatə edir. Biz həmin könüllülərimizi həm dövlət qurumlarında vətəndaşlara xidmət prosesində, həm beynəlxalq tədbirlərin, həm də idman yarışlarının təşkilində görə bilirik.

Təbii ki, onların bu fəaliyyətlərdə könüllü olaraq iştirakı, onların inkişafına əlavə və əvəzolunmaz bir dəyər qatır", - deyə Vəliyev əlavə qedib.

Chosen
5
1
turkic.world

2Sources