EN

Rusiyada iPhone-larda FaceTime video zəng xidməti bloklanır –AÇIQLAMA

Rusiyada iPhone-larda əvvəlcədən quraşdırılmış FaceTime video zəng xidməti bloklanır.

AzPost bildirir ki, bu barədə “Roskomnadzor”un rəsmi açıqlamasında bəyan edilib.

Qurum video zəng xidmətini bloklamağa başladığını elan edib.

Roskomnadzor iddia edir ki, FaceTime ölkədə terror aktlarını təşkil etmək və həyata keçirmək, terrorçuları cəlb etmək, fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur.

FaceTime Apple cihazlarında orijinal video zəng xidmətidir. Bu xidmət Android cihazlarında mövcud deyil. Bu cihazlardakı istifadəçilər zənglərə keçid vasitəsilə qoşula bilərlər. Xidmət Rusiyada geniş istifadə olunurdu.

Roskomnadzor 2025-ci ilin yayında Telegram və WhatsApp mesajlaşma tətbiqlərində zəngləri bloklamağa başlayanda daha da populyarlaşmışdı.

AzPost.az

Chosen
73
azpost.info

1Sources