EN

Fransa Milli Assambleyası Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyanın Avropa məsələləri üzrə komitəsi Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, sənəddə son aylarda Gürcüstandakı siyasi vəziyyətin narahatlıq doğurduğu qeyd olunub.

Qətnamədə Fransa hakimiyyətinə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili və onun yaxın ətrafına fərdi sanksiyalar tətbiq etməklə bağlı çağırış, Gürcüstanda həbsdə olan bütün “siyasi məhbus”ların azadlığa buraxılması tələbi yer alıb.

“Fransa və Avropa İttifaqı demokratik prinsipləri və Gürcüstan cəmiyyətinin əhəmiyyətli hissəsinin avrointeqrasiya səylərini dəstəkləmək üçün qətiyyətli addımlar atmalıdır”, - sənəddə deyilir.

Qətnamə baxılması üçün Milli Assambleyanın Avropa məsələləri üzrə komitəsinə təqdim olunub. Sənədlə bağlı yekun müzakirələrin dekabrın 17-də aparılacağı gözlənilir.

Chosen
55
1
apa.az

2Sources