EN

Maqsud Məmmədova AZCON-da yüksək vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni kadr təyinatı həyata keçirilib.

Milli.Az xəbər verir ki, əmrə əsasən, Maqsud Məmmədov AZCON-un Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, 2011-2025-ci illərdə enerji, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində strateji layihələrə rəhbərlik edib. Məmmədov SOCAR Middle East-də baş direktor müavini, TANAP layihəsində Xarici Əlaqələr direktoru, eləcə də SOCAR Türkiyənin R&D və İnnovasiya şirkətində rəhbər vəzifələrdə çalışıb.

Yeni təyinatla əlaqədar Maqsud Məmmədov AZCON-un beynəlxalq tərəfdaşlıq siyasətinin inkişafına, qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsinə və innovativ layihələrin koordinasiyasına rəhbərlik edəcək.

Milli.Az

Chosen
47
milli.az

1Sources