EN

Çin Qırğızıstan Özbəkistan dəmir yolunun hansı iqtisadi faydaları olacaq?

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Asiya və Qafqaz ölkələri arasında əlaqəni 1000 kilometrdən çox qısaldacaq.Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu "Özbəkistan Dəmir Yolları" İdarə Heyəti sədrinin birinci müavini Hikmətulla Rəhmətov deyib.O deyib ki, bu marşrut Çindən yüklərin Qırğızıstan vasitəsilə Orta Asiyaya və Yaxın Şərqə, eləcə də Avropa Birliyinə çatdırılmasını təmin edəcək."Çin vətənini regionumuzla birləşdirən dəmir yolu şəbəkəsinin tikintisi layihəsi təxminən 25 ildir müzakirə olunur. Ötən müddət ərzində Çindən Qırğızıstan Respublikası vasitəsilə Özbəkistana, daha sonra isə Türkmənistan, İran və Türkiyəyə gedən marşrut üçün bir neçə variant nəzərdən keçirilib. Sənədə əsasən, təsdiq edilmiş beynəlxalq nəqliyyat dəhlizi “Kaşqar - Toruqart - Makmal - Cəlalabad - Əndican” marşrutunun birləşdirilmiş variantına uyğun olaraq inşa ediləcək. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun ümumi uzunluğu 532,53 km-dir və bunun təxminən 312 km-i Qırğızıstan ərazisindən keçir. Müqavilənin şərtlərinə görə, birgə müəssisənin Çində 51%, Qırğızıstan və Özbəkistanda isə 24,5% payı olacaq",-deyə Hikmətulla Rəhmətov bildirib.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
121
1
newscenter.az

2Sources