EN

ABŞ də bu qurumun da adı dəyişdirildi

ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.

ABŞ-də Prezident Donald Tramp administrasiyası mart ayından bəri nəzarətini ələ keçirməyə çalışdığı ABŞ Sülh İnstitutunun (USIP) binasına “Donald J. Trump” yazısı əlavə edərək qurumun adının dəyişdirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp administrasiyasının ABŞ Konqresi tərəfindən 1984-cü ildə qeyri-kommersiya məqsədli müstəqil şirkət kimi yaradılan USIP-ni ələ keçirmə cəhdləri mart ayından bəri davam edir.

ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib ki, USIP-in adı ölkə tarixindəki ən yaxşı vasitəçini xatırlatmaq üçün “Donald J. Trump Sülh İnstitutu” olaraq dəyişdirilib.

USIP binasının girişində “ABŞ Sülh İnstitutu” yazısının üzərinə “Donald J. Trump” sözləri əlavə edilib.

Ağ Ev Sözçü Köməkçisi Anna Kelli mövzu ilə bağlı açıqlamasında bildirib ki, USIP bir zamanlar ildə 50 milyon dollar xərcləməsinə baxmayaraq sülhü təmin etməyən, faydasız bir qurum idi: “İndi isə bir ildən az müddətdə 8 müharibəni bitirən bir prezidentin adını daşıyan Donald J. Trump Sülh İnstitutu, güclü liderliyin qlobal sabitlik üçün nələr edə biləcəyinin güclü bir xatırladıcısı olacaq.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
operativmm.az

2Sources