EN

BMT-nin Ətraf Mühit Assambleyasının prezidenti Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib (FOTO)

Dekabrın 4-də BMT-nin Ətraf Mühit Assambleyasının 7-cisessiyasının (UNEA7) Prezidenti, Oman Sultanlığının ətraf mühitnaziri Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı Səfirliyiniziyarət edib.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Keniyadakı Səfirliyi məlumat yayıb.

Abdullah Bin Ali Al-Amri, Omanın Keniyadakı səfiri Nasra SalemƏl-Haşmi və onları müşayiət edən heyət səfirlikdə yaradılmışÜmummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsiilə tanış olub, onun xatirəsini ehtiramla yad edib. Səfir SultanHacıyev Azərbaycanın dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyevinsiyasi fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi iləqazanılan nailiyyətlər, işğaldan azad olunmuş ərazilərdəbərpa-yenidənqurma və humanitar minatəmizləmə üzrə aparılangenişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunanirəliləyişlər haqqında məlumat verib.

Nazir Abdullah Bin Ali Al-Amri BMT-nin Ətraf Mühit Proqramının(UNEP) Daimi Nümayəndələr Komitəsinin sədri qismində Azərbaycanınnövbəti həftə başlayacaq UNEA-nın 7-ci sessiyasına hazırlıqlardaOmanın UNEA7 sədrliyi ilə səmərəli əməkdaşlığından razılığını ifadəedib, Azərbaycanın sədrliyi ilə öz işinə başlayan DaimiNümayəndələr Komitəsinin açıq tərkibli iclasının məhsuldarfəaliyyətinə görə təşəkkür edib.

Səfir Sultan Hacıyev 2024-cü ilin noyabrında COP29-a evsahibliyi etmiş Azərbaycanın UNEP-lə əməkdaşlığa və UNEA-nın uğurlunəticələr göstərməsinə böyük diqqət göstərdiyini bildirib, OmanınUNEA7-nin hazırlıq proseslərində göstərdiyi aktiv fəaliyyətiniyüksək qiymətləndirib.

Səfir Azərbaycanın 2026-cı ilin 17-22 may tarixlərində evsahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cüsessiyası (WUF13) barədə məlumat verib. Bildirib ki, iqlimdəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlıtəsirləri bu mötəbər tədbirin əsas mövzulardan olacaqdır.

BMT-nin
BMT-nin
BMT-nin
BMT-nin
Məqalədə:
Chosen
49
6
az.trend.az

7Sources