EN

Könüllülük fəaliyyətinə cəlb olunan gənclərin 22–27 faizi sonradan işlə təmin olunur - Fərhad Hacıyev

Bakı. Trend:

Statistika göstərir ki, könüllülük fəaliyyətinə cəlb olunangənclərin 22–27 faizi sonradan həmin qurumlarda və ya digər dövlətmüəssisələrində işlə təmin olunur.

Trend xəbərverir ki, bunu bu gün gənclər və idman nazirinin müavini FərhadHacıyev “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən AzərbaycanKönüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, müxtəlif zamanlarda Azərbaycandaböyük tədbirlər həyata keçirilməyə başladı:

“Avroviziya müsabiqəsi, Birinci Avropa Oyunları, İslamHəmrəyliyi Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışları vədigər mötəbər tədbirlər. Bu tədbirlərin hər birində Azərbaycangənci öz münasibətini, öz dəstəyini göstərdi. Artıq on minlərləgənc könüllü kimi bu tədbirlərə qoşulurdu.

Birinci Avropa Oyunları zamanı 30 mindən çox gənc müraciət edib,onların təxminən 15 mini seçilərək bu möhtəşəm tədbirin uğurlakeçirilməsində birbaşa iştirak edib”.

F. Hacıyev əlavə edib ki, dövlət bütün istiqamətlərdə gəncvətəndaşlarının yanında olub:

“Vətəndaşlarımız da bundan maksimum yararlanmağı bacardılar.Böyük tədbirlərimiz və böyük qələbələrimiz hələ qarşıdadır.

Bu gün dövlətimizin təqdim etdiyi elə bir xidmət sahəsi yoxdurki, onun qapısından içəri girəndə ilk olaraq könüllüləri görməyək.Bu isə sizin fəaliyyətə necə ürəkdən qoşulduğunuzun və dövlətimizingələcəyində iştirak etmək iradənizin bariz nümunəsidir”.

Chosen
11
az.trend.az

1Sources