EN

Masallı rayonunda məktəblilərlə maarifləndirici görüş keçirilib » AzadMedia.az


04 dekabr 2025-ci il tarixdə Masallı rayonu Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə müəllim heyəti və şagirdlər iştirak etmişdir.

Görüşün əsas məqsədi yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin qarşısının alınması, məişət zorakılığı, müxtəlif növ istismar halları, erkən nikah, eləcə də narkomaniyanın fəsadları barədə məktəblilərin məlumatlandırılması olmuşdur.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.


Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovnikı Azay Ağayev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, RPŞ-nin rəis müavini, polis-mayoru İxtiyar Talıbov və LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev çıxış edərək şagirdlərə polis peşəsinin məsuliyyəti, hüquq-mühafizə orqanlarında xidmətin əhəmiyyəti və Polis Akademiyasında təhsil imkanları barədə ətraflı məlumat vermişlər.

Maarifləndirici görüş interaktiv müzakirə formatında davam etdirilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbir məktəblilərin hüquqi biliklərinin artırılması baxımından əhəmiyyətli olmuşdur.



Cənub Regional Büronun rəhbəri,
Rəmzi Şahverdiyev
Chosen
74
1
azadmedia.az

2Sources