EN

Velosiped və skuter oğruları saxlanıldı

BAKI, 4 dekabr. TELEQRAF

Paytaxtın Nizami və Yasamal rayonunda velosiped, eləcə də skuter oğurlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkənlər bununla bağlı polisə məlumat verərək ümumi dəyəri 2000 manat olan ikitəkərli nəqliyyat vasitələrinin naməlum şəraitdə oğurlandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən P.Danişyar və əvvəllər məhkum olunmuş H.Tahirov saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Chosen
14
11
teleqraf.com

10Sources