EN

Azərbaycanda könüllülük uzun əsrlərə söykənən ənənədir - PA rəsmisi

“Könüllülük, ilk növbədə, fədakarlıq deməkdir. Bu, digərlərinin çətinliklərini anlamaq, bölüşmək və eyni zamanda sevinclərinə şərik olmaqdır”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda söyləyib.

O bildirib ki, bu il istər ölkə daxilində, istərsə də xaricdə Azərbaycan könüllüləri üçün əlamətdar bir il kimi yadda qalıb: “Bildiyiniz kimi, biz Konstitusiyamızın və Suverenliyimizin yubileylərini qeyd edirik. Eyni zamanda könüllüləri öz çətiri altında birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqının da 5 yaşı tamamlanır.

Bu qısa müddət ərzində könüllülər və könüllü təşkilatları böyük və uğurlu bir yol keçmiş, ətrafında birləşdirdiyi könüllülərlə müasir tariximizdə öz imzasını qoyub.Bu 5 il heç kimi aldatmasın. Əslində, Azərbaycanda könüllülük uzun əsrlərə söykənən, Azərbaycan xalqının düşüncəsində, dəyərlərində mövcud olan bir ənənədir”, – deyə o bildirib.

Chosen
21
tehsil.biz

1Sources