EN

Tbilisi meri: Fransa İvanişvilini şantaj edir

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili və ailəsinə qarşı hücumlar davam edir”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Fransa Milli Assambleyasının Avropa Məsələləri üzrə Komitəsinin Gürcüstanla bağlı qəbul etdiyi və hökuməti Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsi barədə danışarkən deyib.

Merin iddiasına görə, İvanişvili və ailəsi Qərbdəki siyasi dairələr tərəfindən şantaj edilir.

“Bidzina İvanişvili həm rəsmi, həm də qeyri-rəsmi şəkildə sanksiyaya məruz qalır. Bu şəxs və ailəsinə qarşı həyata keçirilən hücumlardan hamı yaxşı xəbərdardır. Onu hələ də şantaj edirlər. Bu barədə dəfələrlə danışmışıq”, - Kaxa Kaladze bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
1
sherg.az

2Sources