EN

Son illərdə GIDS bir çox müdafiə müqaviləsi imzalayıb

Son illərdə GIDS bir çox müdafiə müqaviləsi imzalayıb və Pakistan əhəmiyyətli valyuta gətirən uğurlu ixrac həyata keçirib.

Bu sözləri “Poliqon” jurnalına müsahibəsində  “Global Industrial & Defense Solutions” (GIDS) şirkətinin baş direktoru Asad KAMAL deyib.

“Biz hədəf bazarlarımız üzrə xüsusi regional strategiyalar hazırlamışıq və çevik, sərfəli həllər təklif edərək müştərilərin diqqətini cəlb etmişik. Bunun nəticəsi olaraq gəlirlərimiz və müştəri bazamız davamlı olaraq artır. 2020-ci ildə bir neçə böyük müqavilə bağlayaraq ciddi gəlir əldə etmişik və Afrika, Mərkəzi Asiya kimi yeni regionlarda mövqelərimizi genişləndirməyə davam edirik”, – deyə baş direktor vurğulayıb.

Şirkətin vizyonu və biznes planları barəsində danışan A.Kamalın sözlərinə görə, rəqabət inkişaf üçün bir fürsətdir: “Biz rəqiblərimizi öyrənir, daha yaxşısını etmək üçün yollar axtarırıq. Mənim vəzifəm yuxarıdan aşağıya qədər şirkətin inkişaf vizyonunun hər kəs tərəfindən anlaşılmasını təmin etməkdir.

Daxili proseslərin təkmilləşdirilməsi, müştəri məmnuniyyəti və aqressiv satış strategiyası əsas prioritetlərimizdir. Müdafiə sənayesinin dinamikası fərqli olsa da, satışın əsas prinsipləri dəyişmir: müştəriyə yaxın olmaq, ehtiyacını anlamaq, həlli vaxtında çatdırmaq və komandanı dəstəkləmək”.

Baş direktor qeyd edib ki, 2007-ci ildən bəri GIDS-in biznes izi Yaxın Şərqdən Cənubi Amerikaya, Mərkəzi Asiya dövlətlərindən Afrika ölkələrinə qədər genişlənib. Bu uğur komanda işinin və rəhbərliyin dəstəyinin nəticəsidir.

Chosen
47
poliqon.az

1Sources