EN

Nazir müavini: "Ədliyyə Könüllüləri" hərəkatı gənclərimizin hüquqi savadlılığının artırılmasına mühüm töhfə verir

Bakı, 4 dekabr, AZƏRTAC

Hər il ölkəmizdə "Könüllülər Günü" geniş miqyasda qeyd olunur. Bu, Azərbaycan gəncliyinə göstərilən diqqətin, dövlətimizin gənclər siyasətinə verdiyi yüksək dəyərin daha bir təcəssümüdür. Azərbaycan Könüllülərinin VIII Forumunun Həmrəylik Forumu adlandırılması da olduqca əhəmiyyətlidir. Həmrəylik fikri hər birimizin içində daşıdığı bir məsuliyyət hissidir. Könüllülər isə bu məsuliyyətin ən fəal və fədakar daşıyıcılarından biri hesab olunur.

AZƏRTAC xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda çıxış edərkən deyib. Nazir müavini qeyd edib ki, son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorunda xüsusilə böyük əhəmiyyət kəsb etməyə başlayıb: "Dövlət qurumlarında, həmçinin Ədliyyə Nazirliyinin sıralarında könüllülük fəaliyyəti geniş miqyasda tətbiq olunmaqdadır. "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ədliyyə Nazirliyinin "Ədliyyə Könüllüləri" hərəkatı gənclərimizin hüquqi savadlılığının artırılmasına, onların dövlət qurumlarında fəaliyyətində fəal iştirakına mühüm töhfə verir. Bu il təsdiq olunmuş tədbirlər proqramından irəli gələrək könüllü təcrübə proqramı artıq 15 müxtəlif fəaliyyət istiqaməti üzrə tətbiq edilib və 200-dən çox gənci əhatə edib".

Chosen
20
azertag.az

1Sources