EN

Ermənistanın turizm sektoru rekord həddə yüksəlib: Azərbaycanın sayəsində

“Bu bəyanat Aİ-yə elektrik enerjisinin idxalı və ixracı üzrə konkret proqramla bağlıdır və Ermənistanın Elektrik Şəbəkələri şirkətinin gələcək idarəçiliyi ilə bağlı deyil”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan dekabrın 4-də jurnalistlərlə söhbətində Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun Aİ-nin Ermənistanı Gürcüstan və Türkiyənin elektrik şəbəkələrinə qoşulmasında dəstəkləməyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib.

"ABŞ-da sənədlərin imzalanmasından sonra Ermənistana investisiya marağı artıb və biz Aİ-nin infrastruktur layihələrinin, o cümlədən TRIPP layihəsi çərçivəsində həyata keçirilməsində iştirakında maraqlıyıq", - o əlavə edib.

"Biz TRIPP layihəsinin həyata keçirilməsində yaxşı irəliləyiş əldə edirik və layihə müəyyən etdiyimiz müddətlərdə həyata keçiriləcək", - Baş nazir bildirib.

O, həmçinin Ermənistanın ŞƏT-ə üzvlüyündə, eləcə də Çinlə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.

Chosen
54
4
publika.az

5Sources