EN

Çinin məşhur kərpic çayının vətənindən FOTOREPORTAJ

Pekin, 4 dekabr, AZƏRTAC

Çay deyəndə ilk yada düşən ölkələrdən biri, bəlkə də. birincisi Çindir. Çində çay yetişdirilməsinin və çay mədəniyyətinin böyük tarixi var. Çin hazırda dünyada ən iri çay istehsalçısı olmaqla yanaşı, qlobal istehsalın 40-45 faizini təmin edir. Çinin çay istehsalının əsas hissəsini yaşıl çay təşkil etsə də, müxtəlif növ çaylar, o cümlədən qara, ağ, ulonq, Puar çay sortları da geniş yayılıb. Çinin çay növləri arasında çincuan (Qingzhuan), yəni kərpic formasında preslənib qablaşdırılan çay da var. Kərpic çayın vətəni Hubey əyalətinin Çibi şəhəri hesab olunur. Çibi özünün bir neçə əsrlik çay istehsalı və ixracı ilə “Avrasiyanın çay yolunun qaynağı” adını qazanıb. Şəhərdə həm ənənəvi, həm də müasir üsullarla çay istehsalı davam etməklə yanaşı, burada özünəməxsus çay irsi formalaşıb. Şəhərdə çay muzeyi, çay müəssisələri, addımbaşı çay dükanı və çay evlərinə rast gəlmək olar.

AZƏRTAC Çibibən fotoreportajı təqdim edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
59
azertag.az

1Sources