İranın “Zəfər-2”, “Kousar-1.5” və “Paya” peykləri “Vostoçnı” kosmodromundan orbitə buraxılacaq.
Publika.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Üç kosmik gəmi ilə birlikdə "Soyuz-2" raketinin buraxılışı dekabrın 28-nə planlaşdırılır.
“Zəfər-2” məsafədən zondlama peyki kənd təsərrüfatına yararlı torpaqların, suyun səviyyəsinin monitorinqi və təbii fəlakətlərdən zərər çəkmiş rayonların xəritələşdirilməsi üçün nəzərdə tutulub.